Ohanyan Şuşadan necə qaçmasının sirrini açdı

12-12-2020, 10:32           
Ohanyan Şuşadan necə qaçmasının sirrini açdı
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Şuşa ilə bağlı döyüşlərin bəzi məqamlarından danışıb.

Cebhe.info xəbər verir ki, 44 günlük müharibədə Qarabağa gedən sabiq nazir Şuşa döyüşlərində əməliyyata rəhbərlik etməsi barədə məlumatları təkzib edib. Bildirib ki, Şuşaya getmək şəxsi təşəbbüsü olub və Qarabağdakı erməni ordusunun komandanlığı tərəfindən dəstəklənməyib. : "Mən Şuşada silahlı qrupun yaradılmasına kömək edirdim. Biz cəmi 16 nəfər idik. Mən hamıdan böyük idim. 5 noyabrda 3 tərəfdən mühasirəyə alındıq. Mənim iki sabiq köməkçim- Sergey Ayrapetov və Vaqe Siruyan da orda idi. O, daha sonra öldürüldü. Onların taktikası ilə biz mühasirədən çıxa bildik".

Sabiq nazir Şuşadan qaçması barədə erməni mətbuatında yazılanlarla bağlı da danışıb. İronik şəkildə qeyd edib ki, fiziki vəziyyəti və yaşı bunu etməyə imkan vermir: "Əsgərlər məni şəhərdən çıxartmaq istəyirdilər. Mən qalmaq istədim Sonra azərbaycanlılar mənim olduğum komanda məntəqəsini tutdular. Məntəqəni tərk etmək qərara alındı və 6 noyabrda biz ordan çxıdıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru