Zəngəzurda atışma?! – ermənilərə 10 saat vaxt verildi

14-12-2020, 01:03           
Zəngəzurda atışma?! –
Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır.

KONKRET.az xəbər verir ki, Ordumuz Zəngilan rayonunun Qafqan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib.

Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsucaldan vasitəsilə xəbərdarlıq edib;

Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib.

Erməni teleqram kanalları Azərbaycan Ordusu ilə erməni hərbi birləşmələri arasında yarım saat atışmanın olduğunu iddia edirlər.

Lakin Sünik (Zəngəzur) qubernatoru Melikset Poqosyan atışma iddiasını təkzib edib.

“Heç bir atışma olmayıb. Azərbaycan hərbçiləri səsucaldanlar vasitəsilə erməni tərəfinə əvvəlki mövqelərinə geri çəkilməyi tələb etdilər”, – o deyib.

Nə baş verir?

Ermənistan işğal dövründə bir sıra ərazilərdə olduğu kimi Qubadlı və Zəngilan istiqamətində döpvlət sərhədini qanunsuz olaraq dəyişdirib. Adıçəkilən ərazilər Azərbaycanın BMT tərəfindən tanınmış dövlət sərhədi tərkibindədir.

Ordumuz dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru