TƏBİB: Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq

15-12-2020, 16:52           
TƏBİB: Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq
"Hər bir vaksinin əlavə təsirinin olması mümkündür. Bu da vaksinin tərkibi barədə vərəqədə bildirilir. Seçəcəyimiz vaksinin istehsalçısının tövsiyələri nəzərə alınacaq".

Teref.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, vaksinin əks göstərişləri və əlavə təsirləri var: “Bu səbəbdən hansısa şəxslərə vaksinlərin vurulmaması da var. Vaksinlərdən sığortalanma dünya praktikasında nəzərdə tutulmur. Vaksini vurduracaq şəxsin hər hansı başqa ölkəyə getməsindən asılı olmayaraq onun bədənində artıq immunitet yaranmış olacaq”.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru