ŞAD XƏBƏR: Şəhid olduğu deyilən Lənkəranlı hərbi qulluqçudan xəbər var

15-12-2020, 17:15           
ŞAD XƏBƏR:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilən hərbi qulluqçular arasında Vəliyev Vəliəhəd Şakir oğlu da var.

“Yeni Gündəm” xəbər verir ki, 1998-ci il təvəllüdlü V.Vəliyev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüşdü.

Bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmış, hətta sonradan Lənkəranın Bala Şürük kəndində yaşayan ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq ötən gün 14 hərbi qulluqçu və mülki vətəndaş Bakıya gətirilib. Hazırda onlar müayinə və müalicə olunurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru