Gürcüstanın Azərbaycana borcu açıqlanıb

15-12-2020, 18:08           
Gürcüstanın Azərbaycana borcu açıqlanıb
Bu il dekabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.

Gürcüstanın ümumilikdə 7,2 milyard ABŞ dolları həcmində xarici dövlət borcu var ki, bunun da 7 milyard ABŞ dolları hökumətin payına düşür.

Ötən ay qonşu ölkənin Türkiyə (10,959 milyon ABŞ dolları), Rusiya (43,134 milyon ABŞ dolları) və Ermənistana (5,954 milyon ABŞ dolları) da borcu sabit qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.