Könüllülər nə vaxt tərxis olunacaqlar? - AÇIQLAMA

16-12-2020, 18:15           
Könüllülər nə vaxt tərxis olunacaqlar? - AÇIQLAMA
Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin dekabrın 1-də imzaladığı müvafiq Sərəncama uyğun şəkildə bir neçə kateqoriyaya aid olanların, o cümlədən ailənin tək övladlarının, üç və daha çox uşağı olanların ordudan tərxis edilməsinə başlanılıb. Elə isə ailədəki iki oğulun hər ikisi hazırda cəbhədirsə, onların taleyi necə olacaq?
Düzdür, rəsmi olaraq müharibə başa çatsa da, erməni təxribatı dayanmır. Bu isə müdafiə sistemində hələ də maksimum dərəcədə ayıq-sayıq olmağımızı zərurətə çevirir. Bir tərəfdən isə ailələrin nisgili, həsrəti...

Hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Bu barədə xüsusi qanunvericilik bazası yoxdur. Sadəcə onu deyim ki, icbari hərbi xidmətdə olanların tərxisi müddətlə bağlıdır. Yəni müəyyən olunmuş vaxtdan sonra qayıdırlar.

Könüllü gedənlər isə yalnız hərbi vəziyyət buna icazə verəcəyi təqdirdə tərxis oluna bilərlər. İndiki mürəkkəb şəraitdə onların taleyinə dair konkret bir söz demək çətindir. Həm də bu, yalnız Prezident, Ali Baş Komandanın xüsusi Sərəncamı ilə həll olunacaq məsələdir.

Hər halda əsgər və zabitlərimizin tərxis olunma ardıcıllığında ailə vəziyyətinin əsas götürüləcəyini düşünürəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru