Müharibənin bitməsinə bir neçə saat qalmış şəhid oldu - Video
17-12-2020, 06:07
Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də Bəhmən Verdiyev olub.
Teref.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Mehdiabad qəsəbəsində boya-başa çatan Bəhmən Verdiyev müharibənin ilk günlərindən qardaşı ilə birlikdə könüllü olaraq müraciət edib. Sentyabrın 27-də isə müharibəyə yollanıb.
Bəhmən bir müddət Şəmkirdə təlimlərdə olub. Sonra isə Füzulidə, ardınca da digər istiqamətlərdə və Şuşada döyüşlərdə iştirak edib. O, döyüşlərə qatıldığını ailəsindən gizlədib. Onun aktiv döyüşdə olduğunu yalnız qardaşı və döyüşlərdə iştirak edən yeznəsi Samir bilib. Üçtərəfli Bəyanatın imzlanmasına bir neçə saat qalmış isə şəhidlik zirvəsinə ucalıb.
Anası Vəsilə Əsədova deyir ki, vətənini bütöv görmək və şəhidlik Bəhmənin çoxdankı arzusu olub.
Bəhmən Verdiyev Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.