Yer kürəsinə 5 asteroid yaxınlaşır

17-12-2020, 06:21           
Yer kürəsinə 5 asteroid yaxınlaşır
Həftə ərzində planetimizə beş asteroid yaxınlaşacaq.

Bu barədə NASA məlumat yayıb.

Sözügedən asteroidlərdən ikisi Yerə Aydan daha yaxın məsafədən keçəcək.

Səma cisimlərindən üçü dekabrın 16-da (ABŞ vaxtı ilə) planetimizə yaxınlaşacaq, onların diametrləri 10-24 metr təşkil edir.

Onlardan Yerə ən yaxın keçəni 343 min kilometr məsafədən keçəcək.

Digər iki asteroid isə dekabrın 18-də Yerə yaxınlaşacaq. Diametrləri 6,8 metr və 30 metrdir. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.virtalaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru