Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”

19-12-2020, 01:00           
Ermənistanlı kənd icması rəhbəri:
Ermənilər Şuşanın Böyük Qaladərəsi kəndinin ardınca Kiçik Qaladərəsini də tərk edir.
Kənd icmasının rəhbəri David Davtyan bu haqda yerli jurnalistlərə məlumat verib.

Teref.az xəbər verir ki, Azərbaycan silahlı qüvvələri kəndin lap yaxınlığında dayanıb. Davtyan müsahibəsində bundan çox narahat olduqlarını deyib.

“İnsanlar gedir. Qalanlar da getməyi düşünür. Bir mən qalmışam, bir də kənd direktoru. O tərəfdə azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər. Bu da kənd sakinlərinə pis təsir edir”.

Davtyan erməni əsgərlərin qalmadığını bildirib. Onun sözlərinə görə, bütün ümidi rus sülhməramlılarına bağlayıblar.bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru