"Cəmi 19 yaşlı cansız amma civə kimi ləzgi balası erməni snayper qrupunu...." -İGİDLIRİMİZ
19-12-2020, 11:29
İllərin dostu olan, canavarımız Simran Quliyev danışır: "Hadrut ətrafında əməliyyata getmişdik. Əsgərlərimizi hədəfə alan erməni snayper qrupunu ləğv etmək tapşırığı almışdıq. Gözləmədiyiz anda pusquya düşdük. Açıqda olduğumuz üçün yarım saat içində 5 nəfər yaralandı. Cəmi 2 ay öncə bizə qoşulan cansız amma civə kimi ləzgi balası var idi. Samir Canməmmədov. Yaxşı atıcı olduğunu bilirdim. Babası ovçu olduğu üçün o da çox sərrast atırdı. Erməni snayperləri bizi hədəfə almışdı. Artıq burdan çıxa bilməyəcəyimiz bir anda, bu ləzgi balası ermənilərin peşəkar snayperlərini dənləməyə başladı. Sonuncu erməni snayperi harada gizlənmişdisə yerini təyin etmək mümkün deyildi. Samir elə bil quş ovlayır kimi, erməni snayperini aldatdı. Erməni açıq verdi. Cəmi 5 saniyədə Samir erməni dığasını ağacdan bir atışla saldı. Biz yaralı olsaq o ərazidən çıxa bildik. Əslində əməliyyatı Samir təkbaşına icra etmişdi. Cəmi 19 yaşlı bu gəncin qəhrəmanlığını görəndən sonra gözüm doldu. Anladım ki, bizi heç kim məğlub edə bilməz." Qoşqar Salmanlı Teref.az