Böyük Britaniya məhkəməsindən Zamirə Hacıyevə ilə bağlı YEKUN QƏRAR

21-12-2020, 18:06           
Böyük Britaniya məhkəməsindən Zamirə Hacıyevə ilə bağlı YEKUN QƏRAR
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevə məhkəmə uduzub.

Modern.az xəbər verir ki, o, London məhkəməsinin onun 29 milyon dollarlıq əmlakına həbs qoyması barədə hökmdən appelyasiya şikayəti vermişdi. Böyük Britaniya Ali Məhkəməsi yekun qərarına əsasən, Zamirə Hacıyeva sərvətinin mənbəyini göstərməlidir. Əks halda, onun Londonun mərkəzindəki malikanəsi və qolf-klubu müsadirə olunacaq.

Böyük Britaniyada mənbəyi məlum olmayan əmlak haqqında qanuna əsasən, gəlir mənvbəyini göstərə bilməyən ölkə sakinlərinin əmlakı “çirkli pulların yuyulmasına qarşı mübarizə” çərçivəsində müsadirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru