İtkin düşmüş 40-dək hərbçinin tapılması və kimliyi məlum olmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir - Müdafiə Nazirliyi

21-12-2020, 18:25           
İtkin düşmüş 40-dək hərbçinin tapılması və kimliyi məlum olmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir - Müdafiə Nazirliyi
Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Qeyd edək ki, MN Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru