Azərbaycanda peyvənddən imtina edəcək şəxslərin – Diqqətinə!

23-12-2020, 07:46           
Azərbaycanda peyvənddən imtina edəcək şəxslərin – Diqqətinə!
Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Real TV-yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru