Mükəmməl səhər yeməyinin resepti

13-01-2021, 07:18           
Mükəmməl səhər yeməyinin resepti
“Səhər yeməyinin əsasını içərisində pomidor, xiyar, göyərti, brınza və ya ağ pendir olan salat təşkil etməlidir”.

“Report” xəbər verir ki, bunu diyetoloq İrina Dyadikova “Rossiyskaya Gazeta”ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, salatın üzərinə limon suyu ilə bir çay qaşığı günəbaxan yağı əlavə etmək lazımdır. Diyetoloq bildirib ki, eyni dərəcədə faydalı alternativ səhər yeməyi, bir qaşıq qaymaq əlavə etməklə suda qaynadılmış buğda və ya yulaf əzməsidir.

“Səhər yeməyinə kiçik pendir parçası və yumurta əlavə edilə bilər. İçki kimi təzə üyüdülmüş qəhvəni seçmənizi tövsiyə edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru