“YouTube” Donald Trampın hesabını müvəqqəti dondurub

13-01-2021, 11:11           
“YouTube” Donald Trampın hesabını müvəqqəti dondurub
“YouTube” videohostinq platformasının administrasiyası ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını müvəqqəti dondurub.

Teref.az xəbər verir ki, bu barədə “Axios” portalı “YouTube” administrasiyasına istinadən xəbər yayıb.

Bildirilib ki, ötən gün “YouTube” D. Trampın hesabındakı sonuncu videonu silib, eyni zamanda, yeddi gün müddətində video yerləşdirmək və onlayn translyasiya imkanlarını məhdudlaşdırıb.

Davamlı şiddət ehtimalına dair narahatlıqlar nəzərə alınaraq bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl “Facebook”, “Twitter” və “Instagram” D. Trampın hesabını dondurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru