Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olundu - FOTO

20-01-2021, 11:46           
Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olundu - FOTO
Avstraliya alimləri, okeanın dərinliklərində əvvəllər elmə məlum olmayan yırtıcı süngər növlərini kəşf ediblər.

“Science Alert”in məlumatına görə, bu barədə “Zootaxa” jurnalında məqalə dərc olunub.

Yeni orqanizmlər - “Nullarbora heptaxia”, “Abyssocladia oxyasters” və “Lycopodina hystrix” Böyük Avstraliya Körfəzinin müəyyən bölgəsində yaşayırlar.

Üç yeni növ üç yeni nəsil meydana gətirir. Onlar 163 metrdən üç min metrə qədər dərinliklərdə yaşayırlar.

Bunlar Cənubi Avstraliyada tapılan ilk yırtıcı süngərlərdir.

Süngərlər - dəniz suyunu filtrasiya edərək qida əldə edən çoxhüceyrəli heyvanlardır. Onların sinir, həzm və qan dövranı sistemi yoxdur. Bununla belə, bəzi yırtıcı süngərlər ov üçün xüsusi ov mexanizmlərindən istifadə edirlər. oxu.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru