Masallıda həkimlərin maaşı verilmir - Baş həkimdən açıqlama

22-02-2021, 18:20           
Masallıda həkimlərin maaşı verilmir - Baş həkimdən açıqlama
"Yaxın günlərdə bütün maaş ala bilməyən işçilərin maaşı ödəniləcək".

Bunu "RegionNews.az"a açıqlamasında Masallı rayon mərkəzi xəstəxananın baş həkimin əvəzedicisi Rasim Əzizov deyib.

O bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:

"Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin".

Qeyd edək ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru