Şimal bölgəsində temperatur mənfi 14 dərəcəyədək enib

24-02-2021, 10:36           
Şimal bölgəsində temperatur mənfi 14 dərəcəyədək enib
Ötən gün ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məluanata görə, ölkənin şimal rayonlarının hamısına qar yağıb.

Ən çox yağıntı Qubada qeydə alınıb. Rayon mərkəzində qarın hündürlüyü 18 sm, temperatur isə mənfi 13 dərəcə olub. Qrız kəndində 14 sm hündürlüyündə qar yağıb, temperatur mənfi 14 dərəcə olub. Xınalıqda qarın hündürlüyü 3 sm təşkil edib, temperatur isə mənfi 11,8 dərəcəyədək enib. Xaltan kəndində isə 11 sm qar yağıb, mənfi 14 dərəcə temperatur müşahidə olunub.

Qusar şəhərində qarın hündürlüyü 8 sm-ə çatıb. Burda temperatur isə mənfi 14,5 dərəcəyədək enib.

Yağıntı həmçinin Siyəzən, Şabran, Xaçmaz rayonlarında da müşahidə olunur və yağmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru