İsrail karantini ləğv edəcəyi vaxtı açıqladı

25-02-2021, 09:21           
İsrail karantini ləğv edəcəyi vaxtı açıqladı
İsrail aprel ayında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.

“Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik”, - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.

O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi martın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru