Azərbaycan ordusu Türkiyə modelinə keçir – Prezidentdən AÇIQLAMA

26-02-2021, 15:26           
Azərbaycan ordusu Türkiyə modelinə keçir – Prezidentdən AÇIQLAMA
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq gündən-günə güclənir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır.

“O silahlar yaxın zamanlarda Azərbaycana gətiriləcək. Bizim ordumuz daha güclü, daha çağdaş olmalıdır”, - deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin modeli Azərbaycan üçün ən məqbul olandır.

“Bu istiqamətdə də bərabər çalışacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru