“Vaqner” Haftarı küncə sıxışdırdı: artıq rəhbər Kremldir

28-02-2021, 11:57           
“Vaqner” Haftarı küncə sıxışdırdı: artıq rəhbər Kremldir
Liviyada qiyamçı marşal Xəlifə Haftar ölkədə fəaliyyət göstərən “Vaqner” muzdluları ilə problem yaşayır.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Məlumata görə, Haftara bağlı yüksək rütbəli zabitlər bu mövzuda artıq narahatlıqlarını dilə gətiriblər:

“Artıq Haftar qüvvələrinin hər hansı bir məsələ ilə bağlı qərar qəbul etməsi çətinləşir. “Vaqner” muzdluları vəziyyəti ələ almaq üzrədir. Bir sözlə, “şef” artıq muzdlu əsgərlərdir. Muzdlular daha Haftara itaət etmir. Həmişə olduğu kimi, bölgədə Kreml və Rusiya Müdafiə Nazirliyinin sözü keçir”.

Qeyd edək ki, “Vaqner” muzdluları Liviyada bir çox strateji mövqelərə nəzarət edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.