Hərbçilərin maaşına əlavələr nə vaxt ödəniləcək? - MN açıqladı

3-03-2021, 19:46           
Hərbçilərin maaşına əlavələr nə vaxt ödəniləcək? - MN açıqladı
Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi açıqlanıb.

Müdafiə Nazirliyindən cavab olaraq bildirilib ki, hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək: "Maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək”.

Qeyd edək ki, əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru