İsveçdə narkotacirin evindən Pikasso, Şaqal və Uorxolun əsərləri tapıldı

4-03-2021, 09:32           
İsveçdə narkotacirin evindən Pikasso, Şaqal və Uorxolun əsərləri tapıldı
İsveçdə narkotacirin evində aparılan axtarışlar zamanı zinət əşyaları, bahalı mebel və avtomobillər, həmçinin Pablo Pikasso, Mark Şaqal və Endi Uorxol kimi məşhur rəssamların əsərləri və digər incəsənət nümunələri aşkar edilərək müsadirə olunub.

Bu barədə TASS İsveç polisinin yaydığı bəyanata istinadən məlumat verib.

Hadisə Helsinqborq şəhərində baş verib. Şübhəli şəxs İspaniyadan İsveçə külli miqdarda narkotik maddələrin gətirilərək satışının təşkilində ittiham olunur.

Onun İspaniyada böyük narkobaronlardan biri olduğu qeyd edilir.

Əməliyyatın İspaniya polisi ilə birgə həyata keçirildiyi bildirilir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru