Tixanovskayanın ərindən etiraf: Krım Ukraynanın olmalıdır

8-03-2021, 13:04           
Tixanovskayanın ərindən etiraf:

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski Krımın həm de-yure, həm də de-fakto Ukraynanın olması gərəkdiyini bildirib.
Axar.az xəbər verir ki, o, Krımla bağlı fikrini Rusiya televiziyalarının Belarusla bağlı vəziyyəti yalan şəkildə yayımladıqlarını gördükdən sonra dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, Sergey Tixanovski 2020-ci ildə prezident seçkisinə namizəd olsa da sonradan həbs edilmişdi. Onun yerinə namizədliyini Svetlana Tixanovskaya irəli sürmüşdü. Bütün bu dövr ərzində hər iki siyasətçi Krımı de-fakto Ukrayna kimi tanımadıqlarını bildirmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru