Mariya Zaxarova: “Evin başçısı kişidir”

9-03-2021, 09:14           
Mariya Zaxarova: “Evin başçısı kişidir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, evin başçısı kişidir.

Bu barədə o, “Mir” televiziyasına müsahibəsi zamanı bildirib.

“Hesab edirəm ki, evin başçısı kişidir. Mənim kişiyə rəhbərlik etmək kimi bir istəyim yoxdur. Belə olan halda kişi öz kişiliyini itirir”, - deyə Zaxarova bəyan edib.

Diplomat qeyd edib ki, yaxınları onu daha çox televizor vasitəsilə görürlər. Onun fikrincə, iş fəaliyyətinə görə nələrdənsə imtina etmək qaçılmazdır.

M.Zaxarova həm yaxşı ana, həm də yaxşı həyat yoldaşı olmağa çalışdığını deyib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru