Rafael Cəbrayılov “211”lə başlayan nömrəsini satışa çıxardı - FOTO
22-03-2021, 12:37
Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılov “211”lə başlayan “Azercell” nömrəni satışa çıxarıb.
Nömrənin qiyməti 9 000 AZN-dir.
Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib.
R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Onun toplam olaraq 1 milyon 550 min dollar borcu var: