Lyukimson İsraildəki seçkilərin nəticələrinin Azərbaycana təsirlərindən danışdı

22-03-2021, 13:22           
Lyukimson İsraildəki seçkilərin nəticələrinin Azərbaycana təsirlərindən danışdı
İsrail-Azərbaycan münasibətlərinin gələcək inkişafı, şübhəsiz ki, seçkilərin nəticələrindən asılı olacaq.

Bunu israilli analitik və yazıçı Petr Lyukimson Caliber.Az-a İsraildə martın 23-də gözlənilən növbəti növbədənkənar seçkilərlə bağlı şərh verərkən bildirib.

Onun sözlərinə görə, Binyamin Netanyahunun rəhbərlik etdiyi sağ düşərgə hakimiyyətdə qalarsa Azərbaycanla əməkdaşlıq, o cümlədən silah tədarükü davam edəcək.

“Sol qalib gələrsə, Knessetdən böyük ehtimalla (uzun müddətdir israr edikləri) “erməni soyqırımı”nı tanımağı gözləmək olar”, - deyə analitik əlavə edib.

O, erməni icmasının fəallaşmasının seçki ilə əlaqəli olduğunu istisna etməyib.

“Ancaq erməni lobbisi davamlı olaraq bəzi təxribatlar təşkil edir. Məsələn, əvvəllər Xocalı faciəsi qurbanlarının anım gününü pozmaqla bağlı bir neçə cəhd olub”, - deyə Lyukomson xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru