ABŞ koronaviruslu xəstələrin müalicəsi üçün dərman istehsalına başlayıb.

24-03-2021, 10:55           
ABŞ koronaviruslu xəstələrin müalicəsi üçün dərman istehsalına başlayıb.
Koronavirusa (COVID-19) qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı olan ABŞ-ın “Pfizer” şirkəti koronaviruslu xəstələrin müalicəsi üçün dərman istehsalına başlayıb.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, indi dərmanın ilk laboratoriya sınaqlarında ümidverici nəticələr əldə edilib. Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacaq dərman vasitəsi eyni zamanda, İİV və Hepatit C xəstəliklərin müalicəsində də effektiv olacaq.

Şirkətin mütəxəssisləri həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən başqa dərman üzərində də çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru