Adam öldürən Melkonyan məhkəmədə şahid qadını da ölümlə hədələdi, Volqoqradda uğultu qopdu - “BU “MRAZI” QARABAĞA GÖNDƏRMƏK LAZIM İDİ...”

24-03-2021, 17:58           
Adam öldürən Melkonyan məhkəmədə şahid qadını da ölümlə hədələdi, Volqoqradda uğultu qopdu - “BU “MRAZI” QARABAĞA GÖNDƏRMƏK LAZIM İDİ...”
Rusiyanın Volqoqrad şəhərində yerli sakini öldürən erməni Arsen Melkonyan üstəlik məhkəmədə şahid qadını da amansızlıqla öldürməklə, doğramaqla hədələyib. Nəticədə şəhər sakinləri ermənilərə qarşı sosial şəbəkələrdə hiddət püksürüb.

Virtualaz.org yerli “Ostrov Svobodı” portalına istinadən xəbər verir ki, Arsen Melkonyan valideyinlər vatsap qrupunda bacısını təhqir etdiyi üçün Roman Qrebenyuk adlı sakini “Sberbank”da öldürüb. Ötən gün martın 23-də onun məhkəməsi olub və məhkəmədə şahid qismində ifadə verən qadın Melkonyan tərəfindən təhdid edilib. Konvoylar məhkəmə dindirməsindən sonra Melkonyanı dəhlizlə apararkən o, şahid qadını görüb və öldürməklə hədələyib. Onun bu hərəkəti şəhər sakinlərini hiddətləndirib, “Vkontakte” sosial şəbəkəsində sakinlər melkonyanların artıq lap ağ elədiyini, bütün qorxu və vicdan hisslərini itirdiyini yazıblar.

-Bu vəhşilər qorxu hissini tamam itiriblər, amma onun özünü kimsə vursaydı bütün ölkəyə qışqırıb ulayardı-yazıq Arseni incidiblər! Bu “mrazı” Qarabağa, ön cəbhəyə göndərmək lazım idi, qoy azərbaycanlılar ona izah etsinlər Qarabağ kimin torpağıdır,-Diman İvanov adlı istifadəçi yazıb.

-Hökmən maksimal cəza təyin edilməlidir. Bu qorxaq siçan söhbətə kastetlə gəldiyi yetmirmiş kimi üstəlik özüylə köməkçilər də götürüb. Sadəcə olaraq miskin və qorxaq varlıqdır. 20 il həbs ona azdır!,-Anton Şoroxov bildirib.

-Mən də rasist deyiləm, amma baxın, bunlar özlərini nə hesab edirlər? Onlar ancaq dəstə ilə tək adama hücum edə bilirlər, üstələrinə gedən kimi deyirlər: “Ay, brat, prostı, bes poputal!” (“bay, qardaş, bağışla, səhv salmışam”). Tfu! Konkret olaraq bu “tvarları” bütün ailələri ilə birlikdə rədd eləmək lazımdır!,-bunu isə Maksim Sedıx adlı istifadəçi yazıb.

-Məsələ millətdə deyil. Hər millətin öz “tvarları” var. Bu tərbiyə deyil. Bütün ailəsini içəri atmaq lazımdır,-bu da Anastasiya Qoqan adlı istifadəçinin rəyidir.

"Bloknot" portalının yazdığına görə Arsenin ölümlə hədələdiyi qadın-rieltor Svetlana Kondrateyeva bildirir: “Mən pilləkənlərlə düşürdüm. Arxamca Anna Melkonyan (Arsenin bacısı), qabaqda onun qardaşı və əri konvoyun müşaiyəti ilə gedirdi. Arsen dedi: “Növbəti sən olacaqsan, hazırlaş. Ölümü gözləmək ölümün özündən betərdir”. O, bu sözləri kifayət qədər hündürdən dedi, konvoylar da eşitdilər, amma heç bir reaksiya vermədilər. Mən dedim ki, bu dediklərin sənin özünə aiddir. Güldü və getdi”.

Bildirilir ki, məhkəmədə Arsen heç bir peşimançılıq ifadə etməyib.

Qətl ötən il oktyabrın 23-də baş verib. Bundan əvvəl 6-cı sinif şagirdlərinin valideyinləri çatda ev tapşırığının yerinə yetirilməsini müzakirə edirdilər. 41 yaşlı Roman Qrebenyuk çatda Anna Melkonyanın ünvanına “Bəsdir sünbül çeynədin” yazıb. Erməni qadın bunu özünə təhqir kimi qiymətləndirib və əri Arman Smbatyandan onu söyəni cəzalandırmağı istəyib.

Arman Romanın iş yerinə gedib, ondan tələb edib ki, çölə çıxsın. Amma Roman bunu etməyib. Bu vaxt Arman qaynı Arseni çağırıb, sonuncu Romana Kommunist küçəsində yerləşən “Sberbank” şöbəsində görüş təyin edib. Arsen Melkonyan orada Romanı kastetlə bir neçə dəfə vurub, o, ağır vəziyyətdə xəstəxanaya aparılsa da noyabrın 1-də keçinib.

Qətlə bağlı Arsenə və bacısına, habelə onun ərinə qarşı cinayət işi qaldırılıb. Arsen həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru