“Özümüzünkülərin əli ilə təbiətimizi, əxlaqımızı "sökürlər" – ŞİDDƏTLİ ETİRAZ

25-03-2021, 19:21           
“Özümüzünkülərin əli ilə təbiətimizi, əxlaqımızı "sökürlər" –
Bir neçə gündür ki, həm sosial mediada, həm də yerli mətbuatda ərəb turistlərin Azərbaycanın milli qoruqlarında “at oynatdığı”, milli sərvətimiz olan flora və faunamıza qarşı “ekoloji terror” həyata keçirdikləri haqda məlumatlar dərc olunur. Məlumatlara görə, ərəblər o qədər harınlayıblar ki, hətta nadir quş və heyvan növlərini də ovlamaqdan çəkinmirlər. Qax Dövlət Təbiət Qoruğunda, Acınohurda və digər ərazilərdə vandallıq edən ərəblərin bu hərəkətləri cəmiyyət tərəfindən böyük narazılıqla qarşılanır.

KONKRET.az xəbər verir ki, sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli ərəblərin bu vəhşiliyinə və onlara şərait yaradanlara qarşı öz etirazını bildirib: “Harın məmurlarımız az idi, indi də ərəblər özümüzünkülərin əli ilə təbiətimizi, əxlaqımızı “sökürlər”… Şiddətlə etirazımı bildirirəm!. Bu gün Qax Dövlət Təbiət Qoruğunda “ov ovlayan, quş quşlayanlar”, sabah daha geniş tərkibdə Şuşada, Qarabağda “ov ovlayanda, quş quşlayanda” təəccüblənməyin… Bu bizim “turizm siyasətimizin” görünən tərəfləridir”…

Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir - Modern.Az Azərbaycan və dünya xəbərləri

Xatırladaq ki, ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu da iddia edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.