Cəmil Həsənlinın qızı: "Hüquqi müstəvidə işlər görülür"

30-03-2021, 07:56           
Cəmil Həsənlinın qızı:
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli BBC News Azərbaycancaya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.

Cəmil Həsənli Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. O vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".

Ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycancaya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin "özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını" bildirib.

BBC News Azərbaycancaya danışan yerli hüquqşünaslar deyirlər ki, ölkədə son bir neçə ildə dəfələrlə ayrı-ayrı hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin intim görüntülərinin yayılması və bu barədə hüquq mühafizə orqanlarının tədbir görməməsi belə bir fikir formalaşdırır ki, bu, "şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BBC News Azərbaycancaya deyir ki, Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə ilə bağlı ittiham etmək absurdur və iqtidarın "belə yollara əl atmasına ehtiyacı yoxdur".

BBC News Azərbaycanca məsələ ilə bağlı Baş Prokurorluqdan şərh ala bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.