Peyvəndlərin 76 faizi on ölkənin sərəncamındadır - ÜST-dən ETİRAF

30-03-2021, 08:24           
Peyvəndlərin 76 faizi on ölkənin sərəncamındadır - ÜST-dən ETİRAF
Hazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi on ölkənin sərəncamındadır.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Təşkilatın baş direktoru Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır”.

Məlumata əsasən, ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru