Mərhəmət Lələyev QAT Masallı şöbəsinə sədr seçildi - FOTO

7-04-2021, 18:13           
Mərhəmət Lələyev QAT Masallı şöbəsinə sədr seçildi - FOTO
Qarabağ Azadlıq Təşkilatı (QAT) Masallı rayon şöbəsinin pandemiya şəraitinə uyğun olaraq onlayn formatda iclası keçirilib.

QAT Mətbuat Xidmətindən verilən məlumata görə iclasda QAT sədri Akif Nağı, QAT Ali Məclsinin sədri Barat Abbasoğlu, QAT İdarə heyətinin üzvü Səadət Məhərrəmli, QAT Masallı rayon şöbəsinin üzvləri Mərhəmət Lələyev, Emil Nuriyev, Əli Tağıyev, Elsevər Əiyev, Səkinə Ağayeva, Faiq Mirzəyev və digərləri iştirak ediblər.
Əvvəlcə təşkilati məsələyə baxılıb, “Masallının səsi” Azad Media Qurumunun, "Cenubunsesi.az" xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Ataxan oğlu Lələyev QAT Masallı rayon şöbəsinin sədri seçilib.
QAT sədri Akif Nağı Azərbaycan dövləti, xalqı, Ordusunun, Prezidenti və Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qarabağda qazanılmış böyük qələbədən sonrakı vəziyyət, həyata keçirilən bərpa işləri, düşmənin müqavimət cəhdləri, bəzi beynəlxalq təşkilatların və dövlətlərin məkrli siyasətləri ilə bağlı geniş məlumat verib, QAT-ın mərkəzi orqanları və yerli şöbələrinin qarşısında dayanan vəzifələr, xüsusilə də təbliğat, təşkilatlanma, vətənpərvərlik tərbiyəsi işləri ilə bağlı danışıb, eyni zamanda Masallının gənc ictimai fəallarına vətənpərvər mövqelərinə, təşəbbüskarlıqlarına görə təşəkkür edib, ümummilli məsələlərdə gənclərin rolunun vaciblyini qeyd edib.
QAT Masallı şöbəsinin sədri Mərhəmət Lələyev Qarabağ və digər milli əhəmiyyətli məsələlərdə dövlətin yanında olduqlarını, gənclərdən ibarət komandalarının tam gücləri ilə çalışacağını, ətraflarında daha çox vətənpərvər gəncləri birləşdirəcəklərini bildirib. İclas iştirakçıları Barat Abbasoğlu, Səadət Məhərrəmli, Səkinə Ağayeva, Faiq Mirzəyev, Əli Tağıyev, Emil Nuriyev, Elsevər Əliyev çıxış edərək fikirlərini bildirib, təkliflərini veriblər.
Sonda iclas iştirakçıları bir daha vurğulayıblar ki, Qarabağda tam qələbənin əldə olunması, Azərbaycan hakimiyyətinin Xankəndi, Xocalı və digər ərazilərimizdə bərqərar olması, dövlətimizin daha güclü olması üçün milli birliyimiz, xalq-hakimiyyət birliyi ən vacib şərtdir və hər kəs bu istiqamətdə çalışmalıdır.

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.