İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevə 18 il cəza istənildi

13-04-2021, 00:05           
İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevə 18 il cəza istənildi
Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev növbəti dəfə hakim qarşısına çıxarılıb.
Teref.az musavat.com-a istinadla xəbər verir ki, İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilir.
Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror İlham Əliyevin 18 il, Mehman Rzayevin isə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həbs edilən şəxslər özlərini təqsirli bilmir.
Qeyd edək ki, İlham Əliyev ötən ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Mehman Rzayev də eyni maddə ilə ittiham olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.
Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.
Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.