Həyətində xəzinə tapan kişini isterik qəhqəhə tutdu - FOTO/VİDEO

13-04-2021, 08:09           
Həyətində xəzinə tapan kişini isterik qəhqəhə tutdu - FOTO/VİDEO
Tikinti yerində xəzinə tapan gənc isterik qəhqəsini saxlaya bilməyib. Bununla bağlı görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.

“The Independent”in xəbərinə görə, hadisə Hindistanın Telinqana ştatının Pembarti kəndində baş verib.

Bildirilib ki, torpağında əkin işləri ilə məşğul olan kişi içərisində qiymətli zinət əşyaları olan mis qab tapıb.

Xəzinə hökumət tərəfindən müsadirə olunub. Kişiyə isə ərazidə başqa işlər görməsi qadağan edilib.

Yerli hökumət nümayəndələri sözügedən yerdə başqa xəzinə tapmaq ümidi ilə qazıntılara başlayıb. Regional idarədən bildirilib ki, xəzinənin yaşı 100 ili keçmiş olsa, ona dövlət sahiblənəcək.

Qeyd edək ki, küpün içində 189,8 qram qızıl, 1,72 kq gümüş və 6,5 qram yaqut olub.

Hadisə yerində xəzinəni tapan, sonra isə itirən torpaq sahibinin isterik gülüşü isə sosial şəbəkələrdə sürətlə yayılıb. oxu
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.