Professor karantin haqqında danışdı: - "Sürprizlərə hazır olmalıyıq"

4-05-2021, 18:24           
Professor karantin haqqında danışdı: -
“Nəzərə almaq lazımdır ki, virusa yoluxanların böyük əksəriyyəti xəstəxanaya gedib, müalicə almaqda təşəbbüskar deyil. Evdə müalicə olunurlar. Ambulator şəraitdə müalicə alanların sayı isə azdır. Ona görə də növbəti yoluxma hallarında azalma tendensiyasına arxayın ola bilmərik”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla deyib.

O bildirib ki, hazırda qarşıdan gələn bayram günlərində də azalmanın davam edəcəyini demək qeyri-mümkündür.

Buna səbəb bir çox dünya ölkələrinin yoluxma statistikasında artımın qeydə alınmasıdır:

“Mən hesab edirəm ki, karantin qaydaları sərtləşdirilməldir. Bəzi sürprizlərə hazır olmalıyıq. Nəzərə almaq lazımdır ki, Hindistanda müalicələrə tabe olmayan yeni ştamlar əmələ gəlib və bunlar xeyli insan tələfatına səbəb olur.

Hindistanda hər gün 3 min adam vəfat edir. Onlar küçələrdə yandırılır. Bu ştamm dünyaya yayılarsa, hansı dəhşətli hadisələr olacaq, onu da bilmirik.

Ona görə də arxayınlığa ehtiyac yoxdur. Bayram günlərində ictimai nəqliyyatlarda və iaşə obyektlərində karantin qaydaları sərtləşdirilməlidir. Çünki bu məkanlar əsas yoluxma mənbəyidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru