İşdən çıxarılan müəllim məhkəmədə Kəmaləddin Heydərovun oğluna qalib gəlib

4-05-2021, 19:12           
İşdən çıxarılan müəllim məhkəmədə Kəmaləddin Heydərovun oğluna qalib gəlib
Yasamal rayon Məhkəməsi ingilis dili müəllimi Hüseyn Həsənovun Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksində işinə bərpa edilməsi ilə bağlı qərar çıxarıb.

Bu barədə Bakivaxti.az-a Hüseyn Həsənovun özü məlumat verib.

“Yasamal rayon Məhkəməsində hakim Fərid Eyyubovun sədrlik etdiyi iclasda qərar verildi. Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksinə qarşı açmış olduğum haqq davamı qazandım. Qərara əsasən iddia ərizəm qismən təmin edildi. Yəni işə bərpa olunacaqdım, ancaq tələb etdiyim mənəvi təzminat ödənməyəcəkdi.

Məhkəmənin sonunda qarşı tərəfin vəkili “Haqqınızda səhv qərar verilib və bu qərarı verənlər cəzasını çəkəcəklər” kimi bir etiraf səsləndirdi. Düşündüm ki, məhkəmənin qərarını icra edərlər, yəni bu sözdən sonra apellyasiya şikayəti verilməz”,-deyə Hüseyn Həsənov bildirib.

Müəllim bildirib ki, məhkəməni asanlıqla qazanmağının əsas səbəbi onun attestasiya olunmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndiylə işdən azad edilməsidir: “İşçini bu maddə ilə işdən azad etmək üçün Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən mütləq attestasiya olmalıdır, o da olunmayıb”.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksinin təsisçisi Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.