Kosmosda suborbital ekskursiya üçün bilet hərraca çıxarıldı - FOTO/VİDEO

7-05-2021, 08:10           
Kosmosda suborbital ekskursiya üçün bilet hərraca çıxarıldı - FOTO/VİDEO
Dünyanın ən zəngin insanı olan Cef Bezosun “Blue Origin” şirkəti “New Shepard” gəmisində suborbital ekskursiya üçün bir bilet hərraca çıxarıb.

Bu barədə “Forbes” xəbər yayıb.

Bildirilir ki, ərizə üçün indidən müraciət etmək olar, ancaq hərrac üç mərhələdə keçiriləcək:

- Mayın 19-na kimi ərizə qəbulu (təklif olunan məbləğlər gizli qalacaq)

- Mayın 19-dan etibarən müraciət edənlərin təklif etdikləri məbləğ açıq olacaq və hərrac başlayacaq.

- 12 iyunda satış bitəcək.

Uçuş iyulun 20-nə planlaşdırılıb. Kapsul 6 nəfər üçün nəzərdə tutulub.

“Blue Origin” digər beş yerdə kimlərin olacağını açıqlamayıb (ehtimal ki, şirkət əməkdaşları olacaq).

Sərnişinlər Yerə paraşütlü kapsullarda qayıdacaqlar.oxu
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru