Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək - DYP

7-05-2021, 11:03           
 Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək - DYP
“Mayın 9-dan 16-na qədər - bayram günləri ilə əlaqədar daxili işlər orqanları, o cümlədən Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”.

Bu sözləri Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report"un sorğusuna cavab olaraq bildirib.

O deyib ki, bayram günlərində həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

“Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

İş adi günlərdəki kimi davam edəcək”.

N.Pireyev deyib ki, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.