"Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var" - Baş prokuror

10-05-2021, 13:42           
"Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var" -
"Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, erməni terrorçularına qarşı konkret cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb: "Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsində cinayət işinə hərtərəfli və obyektiv baxılması üçün beynəlxalq konvensiyalara uyğun prosesin aparılması təmin ediləcək. Digər terorrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru