Evə raket düşməsi nəticəsində iki israilli həlak oldu

11-05-2021, 17:20           
Evə raket düşməsi nəticəsində iki israilli həlak oldu
"İzzəddin əl-Qəssam Briqadaları" (Qəzza Zolağını idarə edən HƏMAS hərəkatının döyüş qanadı) qruplaşması İsrailin Aşdod və Aşkelon şəhərlərinə raket zərbələri endirdiyini açıqlayıb. Aşkelona Qəzza zolağından atılan raket hücumları nəticəsində iki İsrail mülki vətəndaşı həlak olub.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Bundan əlavə daha dörd nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, ötən gündən etibarən Qəzza zolağında gərginlik artıb, 9-u uşaq olmaqla 20 fələstinli həlak olub, yaralı sayı 100-ə çatır. İsrail ordusu Qəzza sektorundan İsrail ərazisinə raketlər atıldığını bildirib və buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru