ABŞ-da şəhər torpağın altında qala bilər - FOTO

27-05-2021, 07:17           
ABŞ-da şəhər torpağın altında qala bilər - FOTO
ABŞ-ın Kaliforniya ştatının Korkoran şəhəri sürətlə torpağa “batır”.

“New York Times” qəzeti yazır ki, buna səbəb yeraltı suların fermerlər tərəfindən istifadə olunmasıdır.

Təxminən 22 000 insanın yaşadığı Korkoran fermer icması torpaqdakı qeyri-sabitlik səbəbindən ciddi problemlə qarşılaşır.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzinin mütəxəssislərini və ərazini peykdən müşahidə edən NASA alimlərinin dediklərinə görə, son 14 ildə şəhər adi bir evin yerindən 11,5 fut (3,5 metr) çöküb. İlkin hesablamalara görə, qəsəbə yaxın 19 ildə daha 6-11 fut (1.8-3.3 metr) batacaq.

Alimlər vurğulayırlar ki, vəziyyətə təbii hadisələrdən çox kənd təsərrüfatındakı işlər səbəb olur. Kaliforniyadakı suyun böyük bir hissəsinin qorunan Sakramento-San-Xoakin çayı deltasında sıxışması ilə su ehtiyatı uğrunda rəqabət artıb.

Fermerlər əkin sahələrini suvarmaq üçün daha çox yeraltı sudan istifadəyə məcbur olurlar ki, bu da torpağın çökməsinə səbəb olur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.