Amerikalılar bu ölkədə səhvən fabrikə hücum etdi

29-05-2021, 09:38           
Amerikalılar bu ölkədə səhvən fabrikə hücum etdi
Bolqarıstanda keçirilən NATO təlimi zamanı amerikalı hərbçilər səhvən günəbaxan yağı istehsal edən fabrikə basqın təşkil edib.
Teref.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, Çeşniqirovo aviabazası yaxınlığında baş tutan “Swift Response” təlimləri zamanı 7 amerikalı əsgər fabrikə soxulub və işçilərə silah tuşlayıblar.

Hərbçilər işçilərə yerə uzanaraq hərəkətsiz vəziyyətdə qalmağı əmr ediblər.

Sonradan məsələ ilə bağlı açıqlama verən fabrik sahibi Marin Dimitrov Müdafiə Nazirliyinə şikayət ünvanladığını və sözügedən olayla bağlı hələ ki, rəsmi açıqlama almadığını söyləyib:

“Təhqir edildik. Ölümlə təhdid etdilər. Bizə cinayətkar və terrorçu münasibəti göstərdilər. Hüquqi yolla haqlarımızı sona qədər tələb edəcəyəm”./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru