Reyhan Camalova beynəlxalq müsabiqənin qalibi oldu - Video

19-06-2021, 17:27           
Reyhan Camalova beynəlxalq müsabiqənin qalibi oldu - Video
Gənc ixtiraçı, “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi olub.

Bizimxeber.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Əziz dostlar, çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, sizin səsləriniz sayəsində finala çıxdığım “Greentech” Festivalı nəzdində keçirilən Green Awards (Yaşıl Mükafatlar) müsabiqəsində qalib oldum.

Sevincimin həddi-hüdudu yoxdur. Bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək və Azərbaycan adına qalıb olmaq böyük şərəfdir. Sizə mənə olan dəstək və etimadınıza görə sonsuz minnətdaram!”, - R.Camalova qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru