İranın səhiyyə naziri Rusiya ilə uçuşların dayandırılmasını istəyib

20-06-2021, 22:44           
İranın səhiyyə naziri Rusiya ilə uçuşların dayandırılmasını istəyib
İranın səhiyyə naziri Səid Nəməki Rusiya ilə uçuşların dayandırılmasını istəyib.

APA-nın məlumatına görə, S.Nəməki ölkənin Koronavirusla mübarizə qərargahına ünvanladığı məktubda Rusiya ilə uçuşların dayandırılmasını zəruri hesab edib:

“Rusiyada koronavirusun geniş yayılmasını nəzərə alaraq Moskva və əks istiqamətdə olan uçuşların dayandırılması zəruridir. Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru