Füzulidə müharibədə həlak olduğu deyilən 35 sahibsiz məzar var - Video

23-06-2021, 09:07           
Füzulidə müharibədə həlak olduğu deyilən 35 sahibsiz məzar var - Video
Füzulinin Bala Bəhmənli kəndinin qəbristanlığında İkinci Qarabağ müharibəsində döyüşənlərə məxsus olduğu deyilən 35 sahibsiz məzar var. Üzəri nömrələnmiş qəbirlərin kimə məxsus olduğu bəlli deyil.
Teref.az-ın məlumatına görə, Meydan TV-nin hazırladığı reportajda bildirilir ki, Molla Məşədi Sahib Şərifovun dediyinə görə, meyitlərin bəzisi tanınmaz haldadır. O, meyitlərin kimliyinin bilinmədiyini deyib: “Meyitlər tabutda dəfn edilib”. Molla bildirib ki, meyittlər iki aydan çoxdur ki, dəfn edilib.

Füzuli Rayon İcra Hakimiyyətindən meyitlərin Qarabağ müüharibəsində həlak olanlara məxsus olduğu təsdiqlənib. Əlavə məlumat verilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru