Rusiya Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir

24-07-2021, 07:55           
Rusiya Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir
Rusiya bu gündən Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar iyul ayında ölkənin koronavirus infeksiyasına qarşı mübarizə üzrə Operativ Qərargahı tərəfindən qəbul edilib.

Məlumata əsasən, bu ölkələrin aviaşirkətləri Moskva ilə Paris və Moskva ilə Nitsa arasında həftədə 4 dəfə, Sankt-Peterburq və bu Fransız şəhərləri arasında həftədə 2 dəfə uçuşlar həyata keçirə biləcəklər. Çexiya üzrə qərara görə, aviaşirkətlər Moskva və Praqa arasında həftədə 4 uçuş həyata keçirə bilərlər.

Bildirilir ki, hazırda Rusiya 48 dövlətlə uçuşları bərpa edib. Fransa və Çexiya ilə uçuşların bərpası formal xarakter daşıyır: müvafiq qərar qəbul edildiyi andan etibarən heç bir aviaşirkət birbaşa müntəzəm uçuşları bərpa edəcəyini elan etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru