Narkotikə qarşı çıxan əkiz bacılar “İnstagram”da canlı yayımda ÖLDÜRÜLDÜ - DƏHŞƏTLİ QƏTL

25-07-2021, 00:07           
Narkotikə qarşı çıxan əkiz bacılar “İnstagram”da canlı yayımda ÖLDÜRÜLDÜ -
Braziliyada əkiz bacılar cinayətkar qruplaşma tərəfindən başından vurularaq qətlə yetirilib.

Teref.az xəbər verir ki, bu barədə “Sun” qəzetində məlumat yayılıb. Ən dəhşətlisi isə özünəməxsus edam ritualının” İnstagram” sosial şəbəkəsində canlı şəkildə həyata keçirilməsidir.

Əkiz bacılar, Amaliya və Amanda Alves öncə diz üstə çökdürülüb, daha sonra tapança atəşi ilə öldürülüb. Onların hər ikisinin narkotiklərin satışı ilə bağlı məxfi məlumatlara malik olduğu gələn xəbərlər arasındadır. Ölkənin şimal-şərqində yerləşən Seara ştatının Pakajus şəhərində gerçəkləşdirilən bu tüküsrpədici hadisəyə minlərlə adam baxıb.

Braziliya polisi 17 yaşlı qatili tapıb həbs etməyə müvəffəq olub./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru