Atası Meqanla Harrini məhkəməyə verir

25-07-2021, 00:14           
Atası Meqanla Harrini məhkəməyə verir
Aktrisa Meqan Marklın atası Tomas Markl qızını və həyat yoldaşı şahzadə Harrini məhkəməyə verməyə hazırlaşır.

Teref.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə 77 yaşlı Tomas “Fox News”a verdiyi reportajda bildirib. O, qızı ilə kürəkəninin nəvələri – iki yaşlı Arçi və iki aylıq Lilibet Diananı ona göstərmədiklərini açıqlayıb.

Nəvələrini görmək istəyən Tomas Kaliforniya məhkəmələrinə müraciət edəcək.

“Arçi və Lili balaca uşaqlardır. Onlar siyasətçi və ya piyada deyillər. Onlar ümumiyyətlə oyunun bir hissəsi deyil. Onlar da kral qanındandır və kral ailəsinin digər üzvləri ilə eyni hüquqlara sahib olmalıdırlar” deyə, Tomas nəvələrinin qanuni hüquqlarını müdafiə edib.

Qeyd edək ki, şahzadə Harri krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı Meqan Marklla sarayı tərk edib.
Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru