Bitkoinin qiyməti 34 min dolları ötdü

26-07-2021, 07:59           
Bitkoinin qiyməti 34 min dolları ötdü
Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

Teleqraf.com xəbər verir ki, bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.

Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru